”Ən başlıcası, Azərbaycanı udmaq idi, onu da bacardıq”

13 Oktyabr 2021 13:20 Milli komanda 894
”Ən başlıcası, Azərbaycanı udmaq idi, onu da bacardıq”

“Cəza limitində olduğumuz üçün diqqətli olmalı idik”.

Sportinfo.az xəbər verir ki, bunu Serbiya yığmasının kapitanı Duşan Tadiç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyun barədə danışarkən deyib.

Doğma arenasında 3:1 hesablı qələbə qazanan serblər qrup liderliyini davam etdirib.

Qarşılaşma ilə bağlı fikirlərini bölüşən son qolun müəllifi vacib qələbə qazandıqlarını söyləyib: “Kimin neçə dəqiqə oynamasının əhəmiyyəti yoxdur.

Draqan Stoykoviçin gəlişindən bəri əsl komanda kimi mübarizə aparırıq. Oynayan hər kəs tapşırıqları yerinə yetirə bilər. Ən başlıcası, bu gün qələbə qazanmaq idi, onu da bacardıq”.

Tadiç penaltini het-trik etmək istəyən Duşan Vlahoviçə verməməsinin səbəbini də açıqlayıb:

“Duşan iki qol vurdu, ona yenə fərqlənəcəyini dedim. Ancaq imkan olmadı. Gəncdir, qarşısında böyük hədəfləri var”.

Ulduz futbolçu son turda Portuqaliya ilə qarşılaşmalarına da toxunub: “Daha əvvəl kimsə bizə bu vəziyyəti təklif etsəydi, məmnun olardıq.

Final mərhələsinə vəsiqə üçün Portuqaliya ilə oynamaqdan daha yaxşı bir şey yoxdur. Hər şey özümüzdən asılıdır”.

Digər Xəbərlər
Xəbər Lenti