"Azərbaycana daha çox qol vura bilərdik" - Qapımıza 2 dəfə yol tapan

13 Oktyabr 2021 14:20 Milli komanda 417
"Azərbaycana daha çox qol vura bilərdik" - Qapımıza 2 dəfə yol tapan

"Oyuna nəzarət tamamilə bizdə idi. Xeyli sayda qol epizodu yaratdıq.

Daha çox qol vura bilərdik. Əsas odur ki, 3 xal qazandıq və Portuqaliyaya final oynamağa gedəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu Serbiya yığmasının hücumçusu Duşan Vlahoviç evdə Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.

Qarşılaşmada dubl edən 21 yaşlı hücumçu öz çıxışından razı qalmadığını bildirib:

"Meydanda maksimum gücümü ortaya qoymalıyam. Bu gün daha yaxşı oynaya, het-trik edə bilərdim. Şükürlər olsun ki, matçı zədəsi və 3 xalla başa vurduq".

Digər Xəbərlər
Xəbər Lenti