Yığmamızın 5 qol vurandan sonra: "Mən bilirəm ki…"

13 Oktyabr 2021 11:00 Milli komanda 777
Yığmamızın 5 qol vurandan sonra: "Mən bilirəm ki…"

“Komandamdan və bu oyundan məmnun qaldım”.

Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Xorvatiya yığmasının baş məşqçisi İqor Bişçan AVRO-2023-ün seçmə mərhələsində Azərbaycanla keçirilən oyun haqda danışarkən deyib.

“Kapital Bank Arena”da millimizin qonağı olan xorvatlar 5:1 hesablı qələbəyə sevinib.

Bişçan darmadağına baxmayaraq, asan qələbə qazanmadıqlarını düşünür: “Hesab oyunun asan olduğu kimi görünə bilər, amma elə deyil. Mən bilirəm ki, bura gələn başqa komandalar üçün heç də asan olmayıb.

Bütün oyunçularımdan razıyam, bu oyunu ciddi qəbul etdilər. Çox həvəsli idilər və onların matça yanaşması möhtəşəm idi. Biz seçmələrdə uğurlu çıxışımızı davam etdiririk”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”