"Bu, işimizi daha da çətinə salır" - Canni De Byazi

13 Oktyabr 2021 01:40 Milli komanda 641
"Bu, işimizi daha da çətinə salır" - Canni De Byazi

“Güclü komandaya qarşı oyunda məğlub olduq. Son dəqiqəyədək mübarizə apardıq. İki komanda arasında fərq böyükdür.

Komandamın yaxşı oyun nümayiş etdirdiyini düşünürəm. Qısa zamanda komanda yaratmaq asan deyil.

Vaxtımız azdır. Hər şeyi analiz edirəm, Azərbaycan çempionatını, legioner həyatı yaşayan futbolçuların oyunlarını izləyirəm.

Düz yolda olduğumuzu düşünürəm. Seçimimiz elə də geniş deyil. Üstəlik, zədəli futbolçularımızın da olması işimizi daha da çətinə salır".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Serbiyaya 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!