“Azərbaycandan gözlədiyimizi, istədiyimizi aldıq"

13 Oktyabr 2021 01:10 Milli komanda 602
“Azərbaycandan gözlədiyimizi, istədiyimizi aldıq"

“İlk dəqiqədən 90-cı dəqiqəyə qədər tam üstünlük bizdə oldu”.

Sportinfo.az xəbər verir ki, bunu Serbiyaının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyun barədə danışarkən deyib.

Doğma arenasında 3:1 hesablı qələbə qazanan serblər qrup liderliyini davam etdirib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Stoykoviç fikrini bu sözlərlə davam etdirib: “Yaxşı çıxış etdik, kifayət qədər qol imkanlarımız oldu.

Nəticənin əhəmiyyətini bilirdik, gözlədiyimizi, istədiyimizi aldıq. 45-ci dəqiqədə buraxdığımız səhvə baxmayaraq, bütün komanda sakit qala bildi.

Yeni şanslar yaxalayacağımızı bilirdik. Qrupda indiyə qədər etdiklərimiz möhtəşəmdir. Uşaqları yaxşı oyuna, arzuya, döyüş ruhuna görə təbrik edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var