Yığmamızda böyük pul qazanır, gətirdiyi bəhanəyə baxın…

13 Oktyabr 2021 00:50 Milli komanda 1 213
Yığmamızda böyük pul qazanır, gətirdiyi bəhanəyə baxın…

"Danışılası çox şey yoxdur. İlk hissədə meydanda yox idik və hər 3 qol standart vəziyyətdən buraxıldı.

İkinci hissədə əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Səviyyə fərqini özünüz gördünüz.

Potensialımızı hər oyunda göstərməliyik. Xorvatiyanın bütün cəhdləri qolla nəticələndi. İkinci hissədə başa düşdük ki, öz meydanımızdayıq, oynamalıyıq. Səhvlərimiz var, onların üzərində çalışmalı, səbrli olmalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç evdə Xorvatiyaya 1:5 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

Serbiyalı mütəxəssis bildirib ki, 3 günlük hazırlıqla nəsə etmək çətindir: "3 məşq edib, oyuna çıxırıq. Bu halda nə edə, səhvləri necə düzəldə bilərəm?

Bu, milli komandadır. Bir günə bütün səhvləri düzəltmək olmur. Məndə kimin nə qədər oynadığına dair statistika var.

Futbolçuların oyuna necə hazır olmasına baxıram. Uşaqlar çox istəklidir. Lakin fiziki göstəricilərə görə oynaması çətin olan futbolçular var".

Digər Xəbərlər
Xəbər Lenti