Bu axşam millimizi Tanrı qorusun! – Serblər Belqraddakı oyunlarda...

12 Oktyabr 2021 15:00 Milli komanda 587
Bu axşam millimizi Tanrı qorusun! – Serblər Belqraddakı oyunlarda...

Yığma bu gün Belqradda növbəti imtahanını verəcək.

Üç gün əvvəl Bakıda İrlandiyaya biabırçı hesabla uduzan (0:3) Canni de Byazinin yetirmələrinin bu dəfəki rəqibi daha güclüdür.

Serbiya seçməsi ölkəsindəki görüşlərdə kifayət qədər inamlı təsir bağışlayır.
Millimizin rəqibi 2019-un sentyabrından bu yana doğma azarkeşləri önündə meydana çıxdığı 9 rəsmi matçın yalnız 1-də uduzub.

Bu, 1 il əvvələ təsadüf edib. Ötən il oktyabrın 11-də Millətlər Liqasında keçirilən Serbiya – Macarıstan qarşılaşmasında qonaqlar 1:0 hesablı qələbəyə sevinib.

Geridə qalan 2 ildə Serbiya yığması Belqraddakı görüşlərdə Türkiyə, Ukrayna, Şotlandiya, Portuqaliya kimi rəqiblərlə bərabərə qalıb, Lüksemburqla Rusiyanı darmadağın edib.

Qısası, serblər “evdə” olduqca təhlükəlidir.
Bizimkilərin xeyrinə ola biləcək əsas amil bu komandanın doğma azarkeşləri önündə az qala hər oyunda qol buraxmasıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!