"Fiorentina"lı müdafiəçini millimizlə matça hazırlaya bilmədilər

12 Oktyabr 2021 11:20 Milli komanda 306
"Fiorentina"lı müdafiəçini millimizlə matça hazırlaya bilmədilər

Aərbaycanın DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Serbiya komandamızla matça daha bir itki ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Nikola Milenkoviç bu görüşü buraxmalı olacaq.

Zədə səbəbindən iki gün əvvəl Lüksemburqla (1:0) oyunda iştirak etməyən mərkəz müdafiəçisinin millimizlə matça qədər sağalması gözlənilirdi. Lakin İtaliya mətbuatında "Fiorentina"lı oyunçunun meydana çıxmayacağı yazılıb.

Bu gün keçiriləcək Serbiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti