"SEVİLYA"LI: Azərbaycanı ciddiyə almamaq bizim üçün təhlükəli olar"

12 Oktyabr 2021 13:20 Milli komanda 387
"SEVİLYA"LI:  Azərbaycanı ciddiyə almamaq bizim üçün təhlükəli olar"

"Oyun çətin keçəcək. Azərbaycan millisi əvvəlki komanda deyil. Artıq yaxşı futbol sərgiləyirlər.

Bakıdakı qarşılaşmada üstünlük tərəfimizdə olsa da, qələbə asan başa gəlmədi. Ona görə də evdəki oyuna ilk dəqiqələrdən aqressiv başlamalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu Serbiyanın futboolçusu Nemanya Qudel evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Canni De Byazinin baş məşqçi olduğu komandanı yaxşı təhlil etdiklərini bildirib:

"Rəqibin heyətində hansı futbolçuların olduğunu və necə oynadığını bilirik. Azərbaycan millisini ciddiyə almamaq bizim üçün təhlükəli olar. Matça maksimum dərəcədə hazır olacağıq.

İspaniya "Sevilya"sında çıxış edən təcrübəli oyunçu hazırda Portuqaliyanı deyil, Azərbaycan millisini düşündüklərini əlavə edib.

Oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"