"Biz bura elə-belə gəlməmişik" - Ramil Şeydayev

11 Oktyabr 2021 22:10 Milli komanda 556
"Biz bura elə-belə gəlməmişik" - Ramil Şeydayev

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə keçirəcəkləri matç haqqında danışıb.

Sportinfo.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konfransında qələbə qazanmağa çalışacaqlarını deyib: "Qrupda itirəcək bir şeyimiz yoxdur. Ölkəmiz, ailəmiz, azarkeşlərimiz üçün oynamalıyıq, var gücümüzlə mübarizə aparmalıyıq. Biz bura elə-belə gəlməmişik. Ümid edirəm ki, sabah bizim üçün hər şey yaxşı olacaq. Çalışacağıq öz oyunumuzu oynayaq və qələbə qazanaq”.

Qeyd edək ki, Belqradda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti