"Qrupdakı mövcud yerimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır" - De Byazi

11 Oktyabr 2021 21:30 Milli komanda 427
"Qrupdakı mövcud yerimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır" - De Byazi

“Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis görüş haqqında fikirlərini bölüşüb: “Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bugünkü son məşqdən sonra bilinəcək. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır”.

Baş məşqçi ilk növbədə müdafiədə sayıq oynamağın vacibliyini vurğulayıb: “Oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir. Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün vaxt lazımdır. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu