“Favorit olsaq da, məsuliyyətdən qaçmırıq, Azərbaycanı udmaq lazımdır"

11 Oktyabr 2021 18:00 Milli komanda 390
“Favorit olsaq da, məsuliyyətdən qaçmırıq, Azərbaycanı udmaq lazımdır"

"Müasir futbolda zəif rəqib yoxdur. Hər bir yığma futbol oynaya bilir. Lüksemburq üzərində qələbə bizim üçün çox vacib idi".

Sportinfo.az xəbər verir ki, bunu Serbiyanın futbolçusu Filip Kostiç evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi qarşıdakı matça hazır olduqlarını bildirib:

"Hər qalibiyyət özünəinamımızı artırır. Bu, Lissabon səfəri öncəsi çox önəmlidir. Hər bir rəqibə hörmət edirik. Favorit olsaq da, məsuliyyətdən qaçmırıq.

Amma bunu meydanda göstərməliyik. Eyni zamanda Portuqaliyanın matçlarını izləyəcək və uğursuzluğuna ümid edəcəyik. Lakin əvvəlcə sabahkı oyunu udmaq lazımdır".

Oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti