Azərbaycan millisinin futbolçularını şərləyən kimlərdir?

11 Oktyabr 2021 22:20 Milli komanda 1 230
Azərbaycan millisinin futbolçularını şərləyən kimlərdir?

Azərbaycan milli komandasına az qala hər tipdən, hər irqdən, hər millətdən bir nümayəndə baş məşqçilik elədi. Braziliya, Almaniya, Xorvatiya, İtaliya və.s, və.i!

Amma ortda nəticə yoxdur. Yenə böyükhesablı məğlubiyyətlər, uğursuz seçmə mərhələlər davam edir.

Bunu gah gələn əcnəbiyə bağladılar, gah yerli çempionata, gah da legioner futbolçularımızın azlığına.

Tək saf tərəf AFFA-dır. İllərdi belə göstərilməyə çalışılır.

Bir qrup iz itirənlər yenə öz ampulasındadır. Federasiya rəhbərliyinə söz gəlməməsi, onların günahkar görünməməsi üçün əl atmadıqları variant qalmadı. Biz bitdi dedikcə, bunlar yeni nağıllar, yalanlar uydurmağa bir şey tapdılar.

İndi də deyirlər ki, nə AFFA günahkardı, nə də Canni De Byazi. Günah milli komandanın şərəfli formasını geyinən futbolçulardadır. Ki, oynamırlar.

Bəli, iz itirənlər ciddi-ciddi onları oynamamaqda ittiham edirlər. Klubda can qoyan, millidə yola verən kimi təqdim edirlər.

Belə işə qol qoyan futbolçu sabah öz kimliyini də satmazmı? Görəsən, futbolçulara bu cür iyrənc şər-böhtanı at(dır)an kim(lər)dir? Hər halda böhtanın eyni anda alovlanması bu fikri irəli sürənlərin eyni mərkəzdən idarə olunması ehtimalını gücləndirir. Baxın, mərdi qova-qova namərd eləmək belə olur...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"