"Qələbəyə layiq komanda biz idik, 1:1-ə pis olduq"

11 Oktyabr 2021 21:00 Milli komanda 545
"Qələbəyə layiq komanda biz idik, 1:1-ə pis olduq"

"Oyuna yaxşı hazırlaşmışdıq.

Finlandiyanın oyunların izləmişdik. Güclü komandaya qarşı oynayacağımızı bilirdik".

Sportinfo.az-a açıqlamasında Avropa çempionatın seçmə mərhələsi çərçivəsində Finlandiya ilə bərabərə (1:1) qala 21 yaşlılardan ibarət gənclər yığmamızın üzvü Ədilxan Qarəhmədov deyib.

Millimizin üzvü azlıqda qalan rəqiblə oyunda qələbə qazana bilmədikləri üçün üzüldüyünü sözlərinə əlavə edib:

"Matçda qol epizodlarımız kifayət qədər çox idi. Bəzi epizodlarda şans bizim yanımızda olmadı. Düşünürəm ki, qələbəyə layiq komanda biz idik.

Qalib gəlmədiyimiz üçün pis olduq. Amma futbolda hər dəfə istədiyin alınmır".

Qarəhmədov növbəti tur qarşılaşacaqları Xorvatiya millisi ilə oyuna qələbə üçün meydana çıxacaqlarını bildirib:

"Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna qələbə üçün çıxırıq. İnşallah, Xorvatiya millisinə qalib gələcəyimizə inanırıq".

Digər Xəbərlər
Xəbər Lenti