Azərbaycan yığmasına hədiyyə etmək fikirləri yoxdur - Xalı

12 Oktyabr 2021 12:40 Milli komanda 580
Azərbaycan yığmasına hədiyyə etmək fikirləri yoxdur - Xalı

Serbiya milli komandası Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyununa yalnız qalibiyyət üçün çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Draqan Stoykoviç yerli mətbuata açıqlamasında bildirib.

56 yaşlı mütəxəssis qarşıdakı oyunda qələbədən başqa heç nə gözləmədiklərini söyləyib:

"Biz Azərbaycanla oyunda 3 xal əldə etmək və daha sonra Portuqaliya ilə həlledici görüşə yaxşı hazırlaşmaq istəyirik".

Kapitan Duşan Tadiç da eyni fikirləri səsləndirib. Niderlandın "Ayaks" klubunda çıxış edən təcrübəli hücumçu Azərbaycan yığmasını məğlub edəcəklərini və daha sonra Portuqaliya ilə qarşılaşmaya köklənəcəklərini söyləyib.

Oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti