Azərbaycan millisində belə-belə işlər… 8-ci oldu

11 Oktyabr 2021 09:00 Milli komanda 1 134
Azərbaycan millisində belə-belə işlər… 8-ci oldu

Qara Qarayev Azərbaycan millisində 70 və daha çox oyun keçirən 8-ci futbolçu olub.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi yubileyini İrlandiya ilə DÇ-2022-nin seçmə matçında qeyd edib.

Onadək 7 futbolçu yığmada 70 oyun səddini aşa bilib. Onlardan yalnız Maksim Medvedev Qara kimi yığma karyerasını davam etdirir. Bu cütlük arasında üç oyunluq fərq var.

Cədvələ Rəşad Sadıqov başçılıq edir. Aslan Kərimov ikinci, Kamran Ağayev üçüncü sırada yer alıb.

1. Rəşad Sadıqov - 111
2. Aslan Kərimov – 80
3. Kamran Ağayev – 79
4. Mahir Şükürov – 76
5-6. Tərlan Əhmədov – 75
Mahmud Qurbanov – 75
7. Maksim Medvedev – 73
8. Qara Qarayev – 70

Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – İrlandiya oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti