"Azərbaycanla oyunda favorit olmağımız bizə əlavə təzyiq yaradır"

10 Oktyabr 2021 18:00 Milli komanda 989
"Azərbaycanla oyunda favorit olmağımız bizə əlavə təzyiq yaradır"

Serbiya yığmasının qapıçısı Marko Dmitroviç oktyabrın 12-də Azərbaycanla keçirəcəkləri matç barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, A qrupunun növbəti turunda da qələbə qazanmağı hədəflədiklərini bildirib:

"Bu kollektivə qarşı artıq oynamışıq. Lüksemburqdan 3 xalla qayıtdıq. Artıq Azərbaycanla oyun haqqında düşünmək olar.

Qalib gəlmək üçün potensialımız var. Düşünürəm ki, ilk dəqiqələrdən düzgün oynasaq, problem olmayacaq.

Düzdür, favorit olmağımız əlavə təzyiq yaradır. Amma hədəfimizin nə olduğunu yaxşı bilirik. Qarşıdakı oyundan 3 xal götürmək istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!