Azərbaycan futbolunun biabırçı vəziyyəti - Daha nə qədər?

10 Oktyabr 2021 01:00 Milli komanda 2 049
Azərbaycan futbolunun biabırçı vəziyyəti  - Daha nə qədər?

Azərbaycan millisi tarixinin yeni antirekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, əsası 1992-ci ildə qoyulan yığma ilk dəfə ardıcıl iki ev oyununda böyükhesablı məğlubiyyət alıb.

Bu, həm 1994-cü ildən qatıldığı rəsmi turnirlər, həm də ümumi oyunlara aiddir.

Ötən ay Portuqaliyadan üç cavabsız qol buraxan Canni de Byazinin yetirmələri bu dəfə İrlandiya önündən boynubükük ayrılıb. Yenə qonaqlar 3 xalı 3 cavabsız qolla qazanıb.

Tarixi boyu azarkeşlərinə üzüntü bəxş edən komandamızın 0:10, 0:8, 0:7, 0:6 kimi rəngarəng məğlubiyyətləri olsa da, indiyədək heç vaxt ardıcıl iki dəfə doğma stadionda darmadağın olmamışdı.

De Byazi ilə yaşanan budəfəki ilk millinin fiaskosu, biabırçılığı olub.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!