"Azərbaycana bu hesabla qalib gəlmək çox gözəldir"

9 Oktyabr 2021 22:30 Milli komanda 541
"Azərbaycana bu hesabla qalib gəlmək çox gözəldir"

"Bu gün qələbə qazanmaq önəmli idi. Seçmə mərhələdə belə nəticələr tez-tez olmur.

Azərbaycan çox təhlükəli rəqibdir. Amma səfərdə bu hesabla qalib gəlmək çox gözəldir"

Sportinfo.az xəbər verir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycana 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, meydan sahibləri ikinci hissədə topa sahib olsa da, 100 faizlik qol epizodları yarada bilmədi:

"İlk hissədə vurduğumuz 2 qol vəziyyətimizi yaxşılaşdırdı. İkinci yarıda çox ağıllı oynadıq. 3-cü qolu daha tez vura bilərdik.

Amma sonuncu dəqiqədə gəldi. Komandada inkişaf gedir. Hazırda əlimizdəki oyunçulara uyğun futbol nümayiş etdiririk. Bunun məntiqi nəticəsi kimi, bu gün əla oynadıq və qələbə qazandıq".

Kenninin sözlərinə görə, maçtdan öncə 3:0 hesablı qələbə qazanacaqlarını desəydilər, inanmazdılar:

"Möhtəşəm oyun oldu. Nətəcəyə görə xoşbəxtik. Azərbaycanla ev matçından sonra tənqidlə üzləşmişdik. Amma son 3 görüşdə öz oyunumuzu tapdıq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı