De Byazi ilə şərt kəsildi - 3 oyuna 7 xal qazansan...

9 Oktyabr 2021 19:00 Milli komanda 1 122
De Byazi ilə şərt kəsildi - 3 oyuna 7 xal qazansan...

Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşəcək.

Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxacaq.

Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməlidir. Yığmamız bunu bacarmasa, sonuncu pillədə qalacaq.

Adəti üzrə final mərhələsi, hətta pley-off şansını xeyli əvvəldən itirən futbolçularımız turnir cədvəlindəki qonşusunu yenməyə borcludur.

Əks halda, qrupu qələbəsiz bitirmək təhlükəsi artacaq. Çünki Serbiya ilə səfər, Lüksemburqla ev matçları heç də asan olmayacaq.

Millimiz növbəti oyununu oktyabrın 12-də Belqradda Serbiyaya qarşı keçirəcək.

AFFA rəhbərliyi De Byaziyə nə istədiyini elan edib. Federasiya mənsubları britaniyalılarla görüşdən 3, serblərlə səfər matçından 1 xal gözlədiklərini italyanm çalışdırıcının nəzərinə çatdırıb.

Eyni zamanda, Lüksemburqla Bakıda keçiriləcək cavab qarşılaşmasında qələbə qazanılması tələb olunub.

Bildirilib ki, millidəki gələcək fəaliyyəti seçmə mərhələnin son 3 turunun nətixəsindən asılıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti