"Keyfiyyətli komandamız var, üstünlük öz tərəfimizdədir.
Qarşıdakı hər iki matçda 3 xal üçün mümkün olan hər şeyi edəcəyik".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya millisinin futbolçusu Duşan Vlahoviç Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunları barədə ölkəsinin mətbuatına açıqlamasında deyib.
İtaliyanın "Fiorentina" klubunda çıxış edən hücumçu hər iki qarşılaşmaya ciddi yanaşdıqlarını söyləyib:
"Bu oyunlardan 2 qələbə gözləyirik. Futbolçularda eyforiya yoxdur. İnsanların bizdən gözləntiləri yüksəkdir. Meydanda bütün gücümüzü ortaya qoyacağıq".
Bu gün Lüksemburqun qonağı olan Serbiya millisi bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək.

