Azərbaycan millisinin məşqçilər korpusunda ayrılıq baş verib. Canni De Byazinin köməkçilərindən Klaudio Belluççi iş yeri ilə vidalaşıb.
O, bundan sonra fəaliyyətini yalnız İtaliyada davam etdirəcək.
Belə ki, Belluççi A seriyasında çıxış edən “Kalyari”nin yeni baş məşqçisi Valter Matsarrinin köməkçisi təyin olunub.
Belluççini 1998-ci ildən tanıyan Matsarri onunla çalışmaq istəyini dilə gətirib və 46 yaşlı mütəxəssis köməkçi-məşqçi təyin olunub.
Matsarri 1998-ci ildə “Napoli”də qapıçı məşqçisi vəzifəsini icra etdiyi zaman Belluççi komandanın futbolçusu olub.
Belluççi AFFA-ya müraciət edib və müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Dmitri Kramarenkonun da bir müddət əvvəl millidən getməsini xatırladaq. Qapıçılar üzrə məşqçi bütün diqqətini Moskva MOİK-inə ayırıb. Onu yığmada Rauf Mehdiyev əvəzləyib.
SPORTİNFO.AZ

