"İşdən qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidir"

8 Oktyabr 2021 11:00 Milli komanda 653
"İşdən qovulmaq istəmirsə, Azərbaycana qalib gəlməlidir"

"Kenninin qarşıdakı oyunlara yanaşmasının dəyişib-dəyişməyəcəyini bilmək çox çətindir.

Amma indi elə vəziyyətdir ki, hansı yolla olur-olsun, nəticə əldə etməlidir".

Sportinfo.az xəbər verir ki, bunu İrlandiya millisinin sabiq futbolçusu Conni Caylz yığmanın Bakıda Azərbaycana qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "otbsports.com" saytına açıqlamasında deyib.

1959 - 1979-cu illərdə yığmanın formasını geyinmiş Caylz 59 oyunda 5 qol vurub. Veteran yarımmüdafiəçi bildirib ki, məğlubiyyət 50 yaşlı mütəxəssisin qovulması ilə nəticələnə bilər:

"Kenni kritik dönəmdədir. İşini davam etdirmək üçün bu matçlarda qələbə qazanmalıdır. Azərbaycanı məğlub edə bilməsə, ciddi problemlərlə üzləşəcək".

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti