Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində növbəti iki matçına hazırlaşır.
9 oktyabr doğma meydanda İrlandiya millisini qəbul edəcək əsas millimiz 3 gün sonra Belqradda Serbiyanın qonağı olacaq.
Ağır oyunlar öncəsi Rasim Ramaldanov milli komandamızın şanslarını Sportinfo.az-a dəyərləndirib:
"Fikrimcə, hər iki rəqib çox güclüdür. Və ən üstün tərəfləri də standart vəziyyətlərdi.
Amma buna baxmayaraq hazırkı futbolda orta səviyyəli komandalara qarşı oynamaq mümkündür. İnanıram ki, bizim millimiz layiqli oyun nümayiş etdirib, xallar qazanacaq".
Milli komandamızın heyətində 17 oyun keçirmiş sabiq müdafiəçi yaxşı heyətə sahib olduğumuzu bildirib:
"Heyət pis deyil. Yaxşı futbolçularımız var. Amma məncə, komandaya 1-2 oyunçu da əlavə etmək olardı. Qarşıdakı oyunları nəzərə alıb bəzi təcrübəli oyunçulara yer vermək olardı".

