Millimiz sabah keçirəcəyi oyundan sonra qrup sonunculuğundan qurtula bilər.
Canni de Byazinin çalışdırdığı komanda oktyabrın 8-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyanı qəbul edəcək.
Ötən ay Dublində baş tutan qarşılaşmada 1:1 hesabı qeydə alınsa da, bu dəfə bizimkilər qələbəyə daha yaxın görünür. İş burasındadır ki, irlandlar səfər oyunlarında ciddi çətinliklə üzləşir.
İrlandiya millisi rəsmi oyunlarda sonuncu qələbəsini 31 ay əvvəl qazanıb. Bu, 2019-un martın 23-də baş verib.
Yığmamızın rəqibi həmçin vaxt AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Cəbəllütariqlə səfərdə keçirilən matçda 1:0 hesablı qələbə ilə qayıdıb.
Həmin gündən bu yana irlandlar 19 rəsmi oyuna çıxıb ki, bunlardan 9-u səfərdə baş tutub. Və heç bir halda qalib gəlmək mümkün olmayıb.
Ümid edək ki, Canni de Byazi ilə yetirmələri rəqibin 31 aydan sonra səfərdə sevinməsinə imkan verməyəcək.
SPORTİNFO.AZ

