"Tələsik nəticə əldə etmək istəyi həmişə reallıqla uyğunlaşmır".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi səsləndirib.
İtaliyalı mütəxəssis DÇ-2022-nin seçmə mərhələsində eyni qrupda yer aldığımız İrlandiya komandasının zəif nəticələrini yeni kollektivin formalaşdırılması ilə əlaqələndirib:
”Oyun tərzinizi dəyişdirmək və yeni kollektiv qurmaq istədiyiniz zaman bunu həyata keçirmək asan olmur.
Eyni klubda oynayan futbolçuların azlığı və onlarla çox vaxtınızın olmamasını vurğulamaq lazımdır. Məqsədinizə sadiq qalmağa çalışarkən, məhdud vaxtı optimallaşdırmalısız”.
Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

