"Azərbaycana favorit kimi gedirik, amma bizə çətin olacaq"

7 Oktyabr 2021 16:40 Milli komanda 665
"Azərbaycana favorit kimi gedirik, amma bizə çətin olacaq"

"Azərbaycan komandasının FİFA reytinqində aşağı pillələrdə yer alması o qədər də əhəmiyyətli deyil.

İstənilən rəqiblə oyunda təzyiq olur. Hətta Andorra ilə matçda da bunu hiss edə bilərsiniz".

Sportinfo.az xəbər verir ki, bu fikirləri İrlandiyanın futbolçusu Cemi Makqrat Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "İndependent" nəşrinə açıqlamasında deyib.

Şotlandiyanın "Sent-Mirren" klubunda çıxış edən 26 yaşlı vinger futbolda heç vaxt asan qarşılaşma olmadığını bildirib:

"Azərbaycana favorit kimi gedirik, amma bizim üçün çətin olacaq. İşləri qaydasına salmaq üçün bu həftə çox iş görməliyik.

Yaxşı məşq keçməli və şənbə günü qələbə üçün çalışmalıyıq. Bakıya qələbə məqsədilə gedirik və bunu bacaracağımıza ümid edirəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti