Millimizin 3 MİLYONÇUSU - Mahmudov və Qarayev Emrelini tək buraxmadı

7 Oktyabr 2021 20:00 Milli komanda 2 034
Millimizin 3 MİLYONÇUSU - Mahmudov və Qarayev Emrelini tək buraxmadı

Dünya çempionatının 2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Serbiya ilə qarşılaşacaq Azərbaycan millisinin ən dəyərli futbolçusu Mahir Emrelidir.

Məşhur Transfermarket nəşri hücumçumuzu 1 milyon dəyərində qiymətləndirir.

Amma komandamızda bu qiymətə layiq görülən tək futbolçu Mahir deyil.

Onun sabiq komanda yoldaşı olan - "Qarabağ"ın dayaq yarımmüdafiəçisi Qara Qarayev və "Neftçi"nin "döyünən ürəyi" Emin Mahmudov da "bazar"da eyni dəyərə sahibdir - 1 milyon.

Maraq üçün qeyd edək ki, adıçəkilən futbolçulara yaxın düşən qiymətə sahib cəmi 4 milli üzvü var.

Ukrayna "Kolos"unda forma geyinən Anatoli Nuriyev 900 min, "Qarabağ"ın digər üzvü Filip Ozobiç və Polşa "Visla"sının üzvü Anton Krivatsyuk 800 min, Türkiyə təmsilçisi "Bursaspor"un şərəfini qoruyan Namiq Ələsgərov isə 750 min avro dəyərində qiymətləndirilir.

Digər milli üzvlərinin "bazar"dakı dəyəri isə 200-500 min avro arası da dəyişir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti