Millinin sabiq çalışdırıcısı De Byaziyə səsləndi: "Bu dəfə "alınmadı" söhbəti olmamalıdır"

6 Oktyabr 2021 22:20 Milli komanda 1 520
Millinin sabiq çalışdırıcısı De Byaziyə səsləndi: "Bu dəfə "alınmadı" söhbəti olmamalıdır"

Azərbaycan milli komandası 3 gün sonra dünya çempionatı 2022-nin seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununa çıxacaq.

Rəqib qrupda ilk və yeganə xalımızı qazandığımız İrlandiya millisidir.

Sonuncu görüşümüzün səfərdə Serbiyaya qarşı olacağını nəzərə alsaq bəlkə də qrupda ilk qələbəmizi qazanmaq şansımız olan son matç da elə bu rəqibdir.

Görəsən, De Byazinin yetirmələri bunu bacara bilərmi?

AFFA Məşqçilər Komitəsinin üzvü, təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov oyunöncəsi şanslarımızı Sportinfo.az-a dəyərləndirib:

"Düşünürəm ki, İrlandiya millisi ilə oyunda qələbə şansımız var. İlk öncə komandada istək olması lazımdır. Bunu "Qarabağ" öz oyunlarında göstərdi.

"Aberdin" və "Omoniya" ilə çətin matçlarda yaxşı oyundan əlavə istək də əsas rol oynadı. Həmin görüşlərdə milli üzvləri də vardı. Mütəxəssislər həmin uşaqlarla inanırlar".

Milli komandamızın sabiq çalışdırıcısı hazırkı heyətdə yaxşı potensial olduğunu və bundan düzgün dəyərləndirməyin vacibliyini önə çəkib:

"Oyun üçün heyət seçimi, taktiki hazırlıq önəmlidir. Məşqçilər korpusu indiki halda səhv etməməlidir. Hazırkı İrlandiya ilk oyunda millimizin gücünü gördü.

İkinci oyun da tam başqa olmalıdır. Göstərməliyik ki, biz futbol oynaya bilirik. Ümidimiz bu oyunadır. Bu görüşdə alınmadı söhbəti olmamalıdır.

Son iki oyunu yaxşı keçirməli və yaxşı nəticə qazanmalıyıq. Milli komandanın hazırkı heyətində bu potensial var.

Sadəcə, onu düzgün dəyərləndirmək lazımdır. İnanıram ki, azarkeşlər də belə gündə komandanın yanında olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti