“Əla formadayıq, Azərbaycanla oyunda büdrəyəcəyimizi düşünmürəm"

6 Oktyabr 2021 20:20 Milli komanda 1 101
“Əla formadayıq, Azərbaycanla oyunda büdrəyəcəyimizi düşünmürəm"

"Komandamız əla formadadır.

Bu səbəbdən Lüksemburq və Azərbaycanla oyunlarda büdrəyəcəyimizi düşünmürəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya millisinin sabiq futboçusu Antonio Rukavina 2022-ci il dünya çempionatının seçmə mərhələsində Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri oyunlar barədə "Zurnal" nəşrinə müsahibəsində deyib.

Hazırda Qazaxıstanın "Astana" klubunda çıxış edən 37 yaşlı müdafiəçi İrlandiya ilə 1:1 hesablı heç-heçə etdiklərini matçı xatırladıb:

"Bu, sürpriz nəticə idi. Daha güclü olduğumuz rəqiblərə qalib gəlməli, önəmli görüşlərdə isə uduzmamalıyıq.

Lüksemburq və Azərbaycanı məğlub etmək sonuncu turda Portuqaliya ilə qarşılaşmaya yaxşı əhval-ruhiyyədə yollanmaq üçün çox vacibdir”.

Oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti