“Böyük xəyallarımız və böyük planlarımız var” - QOCA "NAĞILBAZ"

6 Oktyabr 2021 21:20 Milli komanda 1 653
“Böyük xəyallarımız və böyük planlarımız var” - QOCA "NAĞILBAZ"

"Rəqiblərimiz kağız üzərində daha güclüdür.

Bu səbəbdən, bizə asan olmayacaq, amma futbolda buna çox fikir verməmək lazımdır”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Canni De Byaziyə aiddir.

Komandamız 2022-ci il dünya çempionatının növbəti seçmə oyunları çərçivəsində İrlandiya ilə oktyabrın 9-da Bakıda, Serbiya ilə oktyabrın 12-də Belqradda üz-üzə gələcək.
I

talyan çalışdırıcı bu görüşlərdə xallar qazanmaq istədiklərini diqqətə çatdırıb:

“Daha çox qazanmaq istəyən, daha qətiyyətli və təşkilatlananlar, bəzən keyfiyyətsiz komanda olsa belə, mümkünsüz görünən matçlarda qələbə qazana bilər.

Azərbaycan komandasının böyüyəcəyinə inanıram və yığmanın daha maraqlı gələcəyi ola bilər. Başlanğıcda hamı kimi böyük xəyallarımız və böyük planlarımız var.

O zaman reallığa uyğunlaşmalısınız. Hazırda həm Portuqaliya, həm də Serbiyanın texniki dəyərinin bizdən üstün olduğunu nəzərə alsaq, çətin qrupda olduğumuzu deyə bilərik.

İngiltərə çempionatında çıxış edən oyunçulara malik İrlandiya ilə bağlı da vəziyyət eynidir. Həmçinin 12 ildir eyni baş məşqçi ilə layihəsini davam etdirən Lüksemburq da var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti