"Ötən ilin iyulunda Bakıya köçmək imkanı yarandı.
Azərbaycan millisini seçdim, çünki Albaniyada yaşadığım vəziyyətə bənzər işi yenidən qurmaq istəyirdim".
Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "İrishexaminer" nəşrinə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan yığması Albaniyada yaşadıqları ilə oxşar başlanğıcdadır:
"Məqsəd zamanla davam edə biləcək heyət yaratmaqdır. Yeni qurulmuş, yüksək keyfiyyətli infrastruktura malik və inkişaf etmək istəyi olan milli assosiasiya tapdım.
Buraya gəlməyimə və 110 faiz gücümü verməyə çalışmağım üçün mənə motivasiya verən cəhət budur".

