Millinin bəzi futbolçuları baş məşqçiyə salam da vermir – Narazılıq pik həddə!

6 Oktyabr 2021 15:00 Milli komanda 1 872
Millinin bəzi futbolçuları baş məşqçiyə salam da vermir – Narazılıq pik həddə!

Azərbaycan millisi oktyabrın 4-dən İrlandiya və Serbiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunlarının hazırlığına başlayıb.

Mərdəkanda yerləşən təlim-məşq bazasında məskunlaşan yığma hazırlıqlarını da elə "Dalğa Arena"da keçir.

Komanda İrlandiya ilə oktyabrın 9-da Bakıda, Serbiya ilə oktyabrın 12-də Belqradda üz-üzə gələcək.

Bu qarşılaşmalar öncəsi düşərgədə vəziyyət o qədər də ürəkaçan deyil. Hər halda komandadan gələn xəbərlər düşündürücüdür: baş məşqçi ilə futbolçular arasında münasibətlər soyuqdur.

Bəzi oyunçular hətta Canni De Byaziyə salam belə, vermək istəmir. Bu da italiyalı çalışdırıcının əvvəlki toplanışlar zamanı onların ünvanına söylədiyi istehzalı fikirlərə görədir.

65 yaşlı mütəxəssis özünə qarşı münasibətin dəyişməsinin fərqindədir. Necə də olmasa, iki gözü, iki qulağı var, nələrisə görür, hiss edir, eşidir.

Nəinki ehtiyatda qalanlar, hətta daim şans qazananlar da De Byazinin heyət seçimindən narazıdır. Bu haqda söhəbətlər demək olar hər gün kollektiv daxilində gedir.

İtalyan sükançının gündəlik keçdiyi hazırlıq prosesinə yanaşma da birmənalı deyil. Onun fiziki çalışmalara üstünlük verməsi futbolçularda hiddət doğurub.

Çünki De Byazi toplu məşqlərə az diqqət ayırır, əvəzində onları ağır fiziki tapşırıqlarla «yükləyir». AFFA rəsmilərinə bununla bağlı narazılığın ardı-arası indi də kəsilmir.

Axı komanda üzvləri belə hesab edir ki, baş məşqçi heyət və əvəzləmələrlə bağlı qərarları təkbaşına vermir, federasiya mənsubları ilə məsləhətləşir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti