Bakıya gəlmək istəyən tanınmış futbolçu problemlə üzləşdi

6 Oktyabr 2021 18:00 Milli komanda 880
Bakıya gəlmək istəyən tanınmış futbolçu problemlə üzləşdi

İrlandiya yığmasının futbolçusu Rayan Menninq Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyununu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Kenni deyib.

Onun sözlərinə görə, məşqdə ayaq biləyində ağrı hiss edən 25 yaşlı müdafiəçi tibbi müainədən keçəcək. Onun Bakıya gəlib-gəlməyəcəyi məhz həmin müayinənin nəticəsindən asılı olacaq.

İrlandiyai oktyabrın 9-da Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının qonağı olacaq, oktyabrın 12-də isə Dublindəki "Aviva" stadionunda Qətəri qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti