"Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nin növbəti buraxılışı efirə gedib.
Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişin növbəti qonağı Tərlan Əhmədov olub.
Verilişin 1-ci hissəsində Azərbaycan millisinin hazırki vəziyyəti müzakirə edilib.
Təcrübəli mütəxəssis komandanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə Bakıda qarşılaşacağı oyun barədə fikirlərini bölüşüb.
Deyib ki, legioner həyatı yaşıyan və hazırda formada olan oyunçulara baş məşqçi mütləq şans verməlidir:
“Mahir Emreli “Legiya”da xarüqələr yaradır. Avropa bizim futbolçudan danışır. Bu futbolçunu uzun məsafə qət etdikdən sonra əsas heyətdə şans verməsən və bu hal təkrarlanarsa, Polşa klubu da buna etiraz edə bilər ki, futbolçumuzu aparıb yolda yorursunuz. Ondansa, getməsin, qalsın”.
Canni de Byazinin hər oyuna fərqli heyətlə çıxması məsələsinə də toxunan T.Əhmədov vurğulayıb ki, bir çox yığmaların ilk “11-liy”ində demək olar hər matç eyni futbolçular oynayır:
“Çox şükür, bu gün start “11-liy”i qurmaq üçün çox yaxşı kollektiv var. Mütəmadi həmin oyunçular bir yerdə forma geyməlidirlər”.
Daha ətraflı aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: (https://www.youtube.com/watch?v=z3Rq3LQfk0g)
Verliş “E.C.A. Plus”un dəstəyi ilə hazırlanıb.
“E.C.A. Plus” mağazası Türkiyənin tanınmış brendləri OLAN ECA, CREAVIT ,LINEART, DUXXA markalarinin Azərbaycandakı rəsmi distribüteridir.
“E.C.A. Plus” mağazası keyfiyyətli və zəngin çeşidli məhsullarını müştərilərinə təqdim edir.

