"Lüksemburq və Azərbaycanla oyunlarda böyük çətinliyimiz olmayacaq.
Komandamız hər iki matçda nəzarəti əlində saxlamalıdır".
Sportinfo.az xəbər verir ki, bunu Serbiya millisinin qapıçısı Predraq Raykoviç Lüksemburq və Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından öncə mətbuat konfransında deyib.
26 yaşlı qolkiper bildirib ki, qrupda ilk pillənin taleyini Portuqaliya ilə görüş həll edəcək: "Keyfiyyətli komandamız var və bunu qrupdakı digər qarşılaşmalarda göstərmişik.
Hazırda yaxşı formadayam. İnanıram ki, qarşıdakı matçlarda qapımızın toxunulmazlığını qoruyacağam".
Oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.

