"Azərbaycanla oyuna gedirsizsə, mütləq çətinlik çəkəcəksiz"

4 Oktyabr 2021 20:20 Milli komanda 687
"Azərbaycanla oyuna gedirsizsə, mütləq çətinlik çəkəcəksiz"

“Azərbaycanı dərindən təhlil etməyə çalışmırıq”.

Sportinfo.az xəbər verir ki, bunu İrlandiyanın baş məşqçisi Stefen Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında oktyabrın 9-da Bakı Olimpiya Stadionunda onları ağır sınaq gözlədiyini etiraf edib:

“Azərbaycanla səfər oyununa gedirsinizsə, mütləq çətinlik çəkəcəksiniz. Serbiya Bakıda onlar önündə çox çətinlik yaşadı.

Azərbaycan yığması çox qol buraxmır. Onların Avropa Liqasında çıxış edən oyunçuları var. Qələbə qazanmaq istədiyimiz və buna qərarlı olduğumuz bir matçdır. Qalib gələcəyimizə də inanıram”.

İrlandiya millimizlə qarşılaşmadan üç gün sonra Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti