21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə”nin müdafiəçisi Elçin Mustafayev zədə səbəbindən heyətdən çıxarılıb.
O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlara hazırlıq məqsədilə Bakıda təşkil olunan təlim-məşq toplanışına qatılmayıb.
Mustafayevin əvəzinə “Sabah”dan Abdulla Rzayev hazırlıq prosesinə dəvət olunub.
"Sabah"la oyunda zədə alaraq meydanı erkən tərk edən Mustafayevin durumuna aydınlıq gəlib. Müdafiəçinin çiyni sınıb.
Elçin yaxın günlərdə əməliyyat olunacaq. Bu isə onun uzun müddət yaşıl meydanlardan kənarda qalması deməkdir.
Elçin Mustafayev "Sabah"la görüşün 33-cü dəqiqəsində zədələnərək yerini Rəfail Məhərrəmliyə vermişdi.

