"Azərbaycana qalib gəlmək istəyirik və buna fokuslanmışıq"

2 Oktyabr 2021 20:40 Milli komanda 615
"Azərbaycana qalib gəlmək istəyirik və buna fokuslanmışıq"

"Qarşıda bizi Azərbaycanla səfər oyunu gözləyir. Bu matçda qalib gəlmək istəyirik".

Sportinfo.az xəbər verir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis bütün diqqətlərinin qarşıdakı görüşlərdə olduğunu bildirib: "Qətərlə yoldaşlıq matçımız da var. Hazırda tamamilə bu iki qarşılaşmaya fokuslanmışıq".

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq.

Oktyabrın 12-də isə rəqib komanda Dublində Qətəri yoldaşlıq görüşündə qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti