Millinin baş məşqçi postuna namizədlər – Bir nəfər də yerli...

1 Oktyabr 2021 20:00 Milli komanda 1 912
Millinin baş məşqçi postuna namizədlər – Bir nəfər də yerli...

AFFA milliyə yeni baş məşqçi axtarır.

Bu barədə Sportinfo.az-a federasiya rəhbərliyinə yaxın mənbə məlumat verib.

Onun sözlərinə görə, hazırda namizədlərin siyahısı tutulur. Maraqlıdır ki, qurum rəhbərliyi ənənəvi prinsipindən imtina etməyib: yığmanın yenə də əcnəbi mütəxəssisə tapşırılması nəzərdə tutulub.

AFFA bundan əvvəl Canni De Byaziyə ona gələn təkliflərlə bağlı danışıqlar aparmağa razılıq verib. İtalyan çalışdırıcı artıq seçim etməkdə sərbəstdir.

Bu, o deməkdir ki, federasiya 65 yaşlı əcnəbi mütəxəssislə sözləşmənin müddətini uzaqtmaqda maraqlı deyil.

Daha öncə De Byazi AFFA-ya öz narahatlığını ifadə edib. O, müqaviləsinin uzadılıb-uzadılmayacağını indidən bilmək istəyib.

Apenninli sükançının 1,5 illik sözləşməsi bu ilin sonunda başa çatacaq. Yığmamızn onun rəhbərliyi altında Millətlər Liqasında fiaskoya uğrayıb.

DÇ-2022-nin seçmə mərhələsində də uğursuz çıxış edirik. A qrupunda yer alan komandamız 6 turdan sonra 1 xalla sonuncu pillədə yer alıb.

65 yaşlı mütəxəssis başqa təkliflərinin olduğunu bildirərək, AFFA-dan onunla bağlı qərarın tez verilməsini tələb edib.

Federasiya prezidenti Rövnəq Abdullayevin De Byaziyə münasibəti əvvəldən mənfidir. O, hələ bu təyinatdan əvvəl İcraiyyə Komitəsinin (İK) toplantısında milliyə əcnəbi baş məşqçinin gətirilməsinin əleyhinə çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti