"Beşiktaş"da çıxış edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Berkay Vardar əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkib.
Sportinfo.az-ın "Fotospor"a istinadən məlumatına görə, 65 yaşlı italiyalı mütəxəssis 18 yaşlı yarımmüdafiəçini əsas komandaya hazırlamaq niyyətindədir.
Berkay Vardar İstanbul təmsilçisinin heyətində Niderlandda "Ayaks"a 0:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin II tur oyununda debüt edib. O, 73-cü dəqiqədə Umut Meraşın əvəzinə meydana daxil olub.

