“Azərbaycan millisi açıq futbol oynayan komandadır”.
Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Finlandiya yığmasının baş məşqçisi Yuha Malinen deyib.
Təcrübəli mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin oktyabrın 8-də Sumqayıtda keçiriləcək Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb:
“Bu komanda çox aqressiv oynayır və rəqibi təzyiq altında saxlayır. Dəqiq oyun planı üzrə mübarizə aparan rəqiblə görüşəcəyik.
Qarşılaşmaya tam hazır olmalıyıq. Bunu etməsək, oyunumuzu çətinləşdirə bilərik”.

