De Byazi AFFA-nı seçim qarşısında qoydu – Mənə təkliflər var, qərarınızı verin

28 Sentyabr 2021 11:40 Milli komanda 1 628
De Byazi AFFA-nı seçim qarşısında qoydu – Mənə təkliflər var, qərarınızı verin

Millinin baş məşqçisi Canni De Byazi AFFA -ya öz narahatlığını ifadə edib.

Sportinfo.az-n məlumatına görə, italyan çalışdırıcı müqaviləsinin uzadılıb-uzadılmayacağını indidən bilmək istəyir.

Apenninli sükançının 1,5 illik sözləşməsi bu ilin sonunda başa çatacaq. Yığmamızn onun rəhbərliyi altında Millətlər Liqasında fiaskoya uğrayıb.

DÇ-2022-nin seçmə mərhələsində də uğursuz çıxış edirik. A qrupunda yer alan komandamız 6 turdan sonra 1 xalla sonuncu pillədə yer alıb.

65 yaşlı mütəxəssis başqa təkliflərinin olduğunu bildirərək, AFFA-dan onunla bağlı qərarın tez verilməsini tələb edib.

Federasiya prezidenti Rövnəq Abdullayevin De Byaziyə münasibəti əvvəldən mənfidir. O, hələ bu təyinatdan əvvəl İcraiyyə Komitəsinin (İK) toplantısında milliyə əcnəbi baş məşqçinin gətirilməsinin əleyhinə çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti