Xorvatlar 24 futbolçu seçdi - Azərbaycanla oyun üçün

27 Sentyabr 2021 19:20 Milli komanda 1 034
Xorvatlar 24 futbolçu seçdi - Azərbaycanla oyun üçün

21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, AVRO-2023-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan balkanlılar oktyabrdakı qarşılaşmalara 24 oyunçu ilə hazırlaşacaq.

Azərbaycan – Xorvatiya oyunu Sumqayıtda keçiriləcək.

İqor Biscanın yetirmələri ayın 8-də Norveç, 12-də Azərbaycanla qarşılaşacaq. Mütəxəssis bu görüşlərə 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu çağırıb.

Qapıçılar: Dominik Kotarski (Qoritsa), İvor Pandur (Verona), Nikola Çavlina (Dinamo);

Müdafiəçilər: Boşko Şutalo (Verona), David Çolina (Hayduk), Bartol Franjiç (Dinamo), Mario Vuşkoviç (Hambuq), Kreşimir Krizmaniç (Qoritsa), Yosip Şutalo (Dinamo), Hrvoye Smolçiç (Riyeka), Nikola Soldo (Lokomotiva);

Yarımmüdafiəçilər: Yuritsa Prşir (Qoritsa), Luka Suşiç (Zalsburq), Martin Baturina (Dinamo), Marko Bulat (Dinamo), Ante Palaversa (Kortriyk), Niko Rak (Şibenik), Yakov-Anton Vasilj (Dinamo);

Hücumçular: Antonio Marin (Şibenik), Stipe Biuk (Hayduk), Denis Buşnya (Riyeka), Lukas Kaçavenda (Lokomotiva), Marin Lyubiçiç (Hayduk), Roko Şimiç (Liferinq).

Digər Xəbərlər
Xəbər Lenti