De Byazinin Renat Dadaşovu milliyə çağırmamasının İLGİNC SƏBƏBİ - VİDEO 

24 Sentyabr 2021 21:20 Milli komanda 1 660
De Byazinin Renat Dadaşovu milliyə çağırmamasının İLGİNC SƏBƏBİ - VİDEO 

Bilindiyi kimi, Renat Dadaşov "Tondela"nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.

22 yaşlı hücumçu "Braqa"ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib.

Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb.

"Tondela" 6 turdan sonra 3 xalla 16-cı, "Braqa" isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

Renat tədricən “Tondela”nın əsas heyət üzvünə çevrilsə də, Canni De Byazinin ona münasibəti dəyişməyib. Millimizin baş məşqçisi DÇ-2022-nin seçmə mərhələsinin son 3 qarşılaşmasında gənc forvarda şans vermək fikrində deyil. I

talyan çalışdırıcı AFFA rəhbərliyi ilə söhbətində Dadaşovun oyun üslubunun onun taktikasına uyğun gəlmədiyini iddia edib.

65 yaşlı mütəxəssis həmçinin bildirib ki, Renatın əvvəlki məşqçilərin vaxtında yığmada intizamsızlığa yol verməsi haqda kifayət qədər məlumatı var və o, bu kimi halların təkrarlanmasını istəmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti