Ramil Şeydayev De Byaziyə narazılıq etdi, cavabı nə oldu?

23 Sentyabr 2021 20:40 Milli komanda 1 407
Ramil Şeydayev De Byaziyə narazılıq etdi, cavabı nə oldu?

Millinin baş məşqçisi Canni De Byazi ilə Ramil Şeydayevin münasibətləri pozulub.

Buna səbəb italyanın hücumçuya az şans verməsidir.

Belə ki, apenninli çalışdırıcı DÇ-2022-nin seçmə mərhələsinin son 3 turunda “Qarabağ”lı forvarddan cəmi 11 dəqiqə istifadə edib.

O, İrlandiya ilə 1:1 bitən səfər matçında bu imkanı yaxalayıb. De Byazi Lüksemburqla səfərdə (1:2) və Portuqaliya ilə Bakıda keçirilən görüşdə (0:3) Şeydayevin xidmətindən yararlanmayıb.

Baş məşqçinin qərarından narazi qalan hücumçu bunu onun özünə bildirib və səbəbini soruşub. 65 yaşlı çalışdırıcı “belə məsləhət bildim” deməklə kifayətlənib və suala ətrafl cavab verməkdən imtina edib.

Şeydayev daha sonra AFFA mənsublarına bu hadq danışıb.

Ona maraqlı gələn budur ki, Visente Qomesin vaxtında “Sabah”ın əsas heyətində yerini itirdiyi halda, daim yığmanın ilk “11-liy”inə daxil edilib, indi isə “Qarabağ”la Premyer Liqanın hər turunda meydana çıxır, amma De Byazi bunu görməzdən gəlir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti