AFFA ilə De Byazinin köməkçiləri arasında EV QALMAQALI!

22 Sentyabr 2021 20:00 Milli komanda 2 184
AFFA ilə De Byazinin köməkçiləri arasında EV QALMAQALI!

Millinin DÇ-2022-nin seçmə mıərhələsində uğursuz çıxışı AFFA rəhbərliyinin Canni De Byazinin məşqçi komandasına münasıbətini dəyişib.

Sportinfo.az-ın məlumatına görə, federasiya italyan çalışdırıcının özü ilə gətirdiyi köməkçilərinin son tələbini yerinə yetirməkdən imtina edib.

Söhbət Benito Karbone ilə Alessandro Skayadan gedir. Hər iki yardımçı Bakıda olduqları vaxt əvvəlki kimi mənzillə təmin olunmalarını istəyib.

AFFA bununla razılaşmayıb və De Byazinin adamlarına qalmaq üçün Mərdəkanda yerləşən millinin bazasını təklif edib.

Apenninli mütəxəssislərin diqqətinə çatdırılıb ki, əgər öncəkitək Bakının mərkəzində yaşamaq niyyətləri varsa, bunu aldıqları maaş hesabına etsinlər.

Yəni, federasiyanın hesabından bu məqsədlə bir daha vəsait ayrılmayacaq. Istisna yalnız De Byaziyə aiddir.

Digər Xəbərlər
Xəbər Lenti