AFFA De Byazinin aqibəti barədə qərarını nə vaxt açıqlayacaq?

19 Sentyabr 2021 23:00 Milli komanda 1 250
AFFA De Byazinin aqibəti barədə qərarını nə vaxt açıqlayacaq?

Azərbaycan millisinin DÇ-2022-də iştirak etməyəcəyi rəsmiləşib.

Canni de Byazi artıq indidən turnirə qatılmaq xəyalı ilə vidalaşıb.

Bu, Avropa zonası üzrə seçmə mərhələnin VI turundan sonra baş verib. Portuqaliyaya 0:3 hesabı ilə uduzan yığmamızın möcüzədən asılı olan nəzəri şanslarının üzərindən Serbiya xətt çəkib.

Balkanlılar İrlandiya səfərində 1 xal qazanıblar - 1:1. Bununla da 1 xala malik Azərbaycanla liderlərdən uzaq düşüb. Portuqaliya 13, Serbiya 11 xalla autsayderlər üçün əlçatmazdır.

Bu isə o deməkdir ki, Azərbaycan qalan üç oyununun hamısında qalib gəlsə belə nəinki 1-ci, heç 2-ci yeri də tuta bilməyəcək.

Avropa zonasında qrup qalibləri Qətər-2022-yə birbaşa vəsiqə qazanacaq. İkinci yer sahibi olan 10 komanda Millətlər Liqasından gələcək iki yığma ilə pley-off mərhələlərində 3 yer üçün mübarizə aparacaq.

Bütün bu uğursuzluqlara rəğmən, italyan Azərbaycandakı fəaliyyətini davam etdirəcək. Daha dəqiq desək, o, seçmə mərhələnin sonunadək burada qalacaq,

Bu məsələyə De Byazi ilə AFFA rəhbərliyi arasında keçirilən son görüşdə aydınlıq gətirilib. Dekabrda İcraiyyə Komitəsinin iclası keçiriləcək və orada baş məşqçinin işinə yekun qiymət veriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu