Azərbaycan millisinin futbolçularına o qədər pul verdilər ki... SON DƏQİQƏ

15 Sentyabr 2021 16:00 Milli komanda 1 892
Azərbaycan millisinin futbolçularına o qədər pul verdilər ki... SON DƏQİQƏ

DÇ-2022-nin seçmə mərhələsində ilk xalını Dublində qazanan Azərbaycan millisinin futbolçuları mükafatlandırılıb.

Sportinfo.az-ın məlumatına görə, İrlandiyada 1:1 hesablı heç-heçəyə nail olan yığma üzvlərinə AFFA tərəfindən 15 min manat ödənilib.

Sonradan meydana çıxanlara bu məbləğın 75%, ehtiyatda qalanlara isə 50%-i qədərində pul verilib.

Milli 6 turdan sonra 1 xalla A qrupunun son pilləsində yer alıb. Komandamız bu dəfə Lüksemburqa səfərdə 1:2, Portuqaliyaya evdə 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti