"Oyundan əvvəl Azərbaycana 3:0 qalib gələcəyimizi desəydilər, razılaşardıq"

12 Sentyabr 2021 18:00 Milli komanda 1 440
"Oyundan əvvəl Azərbaycana 3:0 qalib gələcəyimizi desəydilər, razılaşardıq"

Portuqaliya milli komandasının hücumçusu Dioqu Jota DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirilən matç haqda danışıb.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu görüşlə bağlı bunları deyib: “İkinci qoldan sonra daha rahat oynamağa başladıq.

​Azərbaycan millisinin işini çətinləşdirə bildik. Oyundan əvvəl Azərbaycana 3:0 qalib gələcəyimizi desəydilər, razılaşardıq.

Çünki yaxşı nəticədi. Qol vurmaq üçün bir neçə imkanımız da var idi. Bəzən bunu reallaşdıra bilirsən, bəzən yox”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 21:30 Çək və bizə göndər!